Bekhem hələ «tamam» demir | |
PSJ-nin ingilis yarımmüdafiəçisi Devid Bekhem gələcək planlarından danışıb. İdman.com.az saytı xəbər verir ki, ulduz oyunçu karyerasını bitirdikdən sonra, bir müddət ailəsi ilə birgə olmağı düşünür: «Mən hələ futbolçu karyeramı başa vurmaq fikrində deyiləm. Lakin hər şey baş verə bilər. PSJ-də məni hər şey təmin edir. Ancaq əsas məsələ mənim də komandanı bu dərəcədə təmin edib-etməməyimdir. Bundan da müqavilə müddətim bitəndən sonra bizim əməkdaşlığımızın davamı asılı olacaq. Bir şeyi bilirəm: butslarımı divardan asandan sonra bir qədər futboldan dincələcəm və vaxtımı ailəmə sərf edəcəm». |
|
Xəbər 1455 dəfə oxundu. |
|
|