Millinin heyətinə daha bir futbolçu çağırılıb | |
Bu gündən etibarən Bakı şəhərində təlim-məşq toplanışına başlayan Azərbaycan milli komandasının heyətinə daha bir futbolçu çağırılıb. "Simurq"un futbolçusu İlkin Qırtımov millinin hazırlıq prosesinə cəlb olunub. Toplanışa dəvət olunmuş Elhad Nəziri martın 17-dən, Ruslan Abışov və Cihan Özkara isə martın 18-dən etibarən millinin heyətinə qoşulacaq. Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq. |
|
Xəbər 888 dəfə oxundu. |
|
|