Semih Kaya hərkəsi qorxutdu
Çempionlar Liqasının 1/4 final mərhələsinin oyun günündə Semih Kaya rəqib komanda ilə mübarizə zamanı matçın 77-ci dəqiqəsində üzündən ağır zərbə alıb. Zərbədən sonra sarı-qırmızılı oyunçu yerdən qalxa bilməyib. Qarşılaşmanı davam etdirə bilməyən futbolçu həkimlərin köməyi ilə meydandan kənara çıxarılıb. Həkimlər onun səhhətində heç bir problemin olmadığını bildirib.

Xatırladaq ki, Qalatasaray Şalkelə qarşılaşaraq onu 3:2 hesabı ilə məğlub edib.

Aynurə Pənahqızı

Xəbər 982 dəfə oxundu.