“Qalatasaray” Çempionlar Liqasında 1/4 finala yüksəlib
Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib. “Şalke” öz meydanında “Qalatasaray”ı qəbul edib.

Bu komandalar arasında keçirilən ilk görüş 1:1 yekunlaşmışdı. İstanbul təmsilçisi növbəti mərhələyə adlamaq üçün ya qələbə qazanmalı, ya da bir topdan artıq olan istənilən heç-heçəni etməli idi. Bu görüşdə Terimin komandası oyunun son saniyələrində Umut Bulutun qolu sayəsində 3:2 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.

Digər maraqlı oyun İspaniyada keçirilib. “Barselona” öz meydanında “Milan”ı qəbul edib. İlk görüşdə 0:2 hesabı ilə məğlub olan “Barselona” doğma meydanda bu məğlubiyyətin əvəzini çıxıb – 4:0.

Beləliklə, bundan öncə 1/4 finala vəsiqə qazanan “PSJ” (Fransa), “Yuventus” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya) və “Real”ın (İspaniya) siyahısına “Barselona” və “Qalatasaray” da qoşulub.
Son iki 1/4 finalçı bu gün keçirilən oyundan sonra bəlli olacaq.

Xəbər 846 dəfə oxundu.