Millimizin üzvü Almaniyada 45 dəqiqə oynadı
Milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubunun ikinci komandası növbəti oyununu keçirib. Regional Liqasının Cənub-Qərb zonasında çıxış edən komanda XXIII turda “Koblenz”in qonağı olub.

Oyun “Kayzerslautern”in 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Hər üç qolu Jerome Assauer rəqib qapısından keçirib.

Baş məşqçi Quydo Hoffmann Rüfəti 46-cı dəqiqədə meydana buraxıb. Futbolçumuz makedoniyalı Enis Saitini əvəzləyib.

Qeyd edək ki, “Kayzerslautern II” 23 turdan sonra 35 xalla turnir cədvəlinin 5-ci pilləsini tutur.

Xəbər 873 dəfə oxundu.