“Sumqayıt”ın məşqçisinə beş oyunluq cəza verilib | |
AFFA İntizam Komitəsi “Sumqayıt” klubunun məşqçisi Mehman Yunusova cəza tədbiq edib. Komitənin qərarında deyilir ki, Topaz Premyer Liqanın XXII turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçının 67-ci dəqiqəsində Mehman Yunusov azarkeşləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub. |
|
Xəbər 916 dəfə oxundu. |
|
|