Giqqzin karyerası ərzində 1000-ci rəsmi oyunu
“Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyusson Rayan Giqqzin sabah Çempionlar Liqasının 1/8 finalının cavab görüşündə “Real”a qarşı oyunda meydana çıxacağını bildirib. Bu, Giqqzin karyerası ərzində 1000-ci rəsmi oyunu olacaq.

Təcrübəli mütəxəssis Giqqzin karyerasında ən uğurlu məqam olduğunu bildirib: “Çərşənbə axşamı bütün diqqətlər Rayana yönələcək. Bizimlə meydana çıxmağın onun üçün ən uğurlu məqam olduğunu nəzərdən qaçıra bilməzdik. O, buna layiqdi”.

1990-cı ildən “Mançester Yunayted” forması geyən 39 yaşlı futbolçu “qırmızı şeytanlar”ın heyətində 931 matçda iştirak edib, 168 qol vurub.

Xəbər 827 dəfə oxundu.