Azərbaycanlı idmançı Avropa çempionu oldu
Azərbaycan idmançısı Hayle İbrahimov atletika üzrə Avropa çempionu olub.Efiopiyalı legioner İsveçin Göteborq şəhərində qapalı salonda keçirilən qitə çempionatında 3000 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.

Qeyd edək ki, Hayle İbrahimov Avropa çempionu olmaqla, təkcə öz karyerası ərzində deyil, müstəqil Azərbaycanın atletika növü tarixində ən böyük uğura imza atıb. Daha öncə heç bir atletimiz nəinki olimpiya və dünya, heç Avropa çempionu olmayıb. İbrahimov həm də böyüklərin yarışında ilk dəfə qızıl medala yiyələnib. O, 2011-ci ildə qitə çempionatını gümüş, 2010-cu ildə isə bürünc medalla başa vurub. İbrahimov 2012-ci il London Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçışda finaladək yüksəlsə də, 9-cu olub.

Xəbər 1388 dəfə oxundu.