İlk “altılığ”a son vəsiqə “Bakı”nın oldu
Bu gün Topaz Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulub. İdman.com.az saytı xəbər verir ki, ilk “altılığ”a son vəsiqə uğrunda mübarizədə “Bakı” klubu sevinən tərəf olub.

Belə ki, komanda “Rəvan”la ev oyununda rumıniyalı hücumçusu Marius Penanın 2 qolu sayəsində əzmkar qələbə qazanaraq, 6-cı pillədə yerini qoruyub.

“Xəzər Lənkəran” “Sumqayıt”la öz meydanındakı matçda gözlənilmədən xal itirərək, 8-ci pilləyə düşüb. Çünki AzAL onun büdrəmısindən istifadə edərək, önə keçib. Sadəcə, bakılıların “Qəbələ” üzərində 6:1 hesablı qələbəsi “altılığ”a vəsiqəyə yetərli olmayıb.

Topaz Premyer Liqası. XXII tur
3 mart

“Kəpəz” – “Simurq” - 1:1
Qol: Şahin Kərimov, 11 - Mario Bojiç, 11

“Bakı” – “Rəvan” - 2:1
Qol: Marius Pena, 19, 57 - Şəhriyar Rəhimov, 12

“Xəzər Lənkəran” – “Sumqayıt” - 2:2
Qol: Robert Alvis, 15-pen, 72-pen - Mirzağa Hüseynpur, 4, Orxan Əliiyev, 50

AzAL – “Qəbələ” - 6:1
Qol: Viktor İqbekoyi, 19, Cavid Tağıyev, 47, 64, Branislav Arsenyeviç, 75, Zohair Benouahi, 80, Con Oluremi, 89 - Mustafa Dabo, 14
Qırımızı vərəqə: Vurğun Hüseynov, 85

“Turan” – “Neftçi” - 2:3
Qol: Antonio Rukavina, 35, Əndər Günlü, 83 - Flavinyu, 11, Araz Abdullayev, 61, Cavid İmamverdiyev, 75

“Qarabağ” – “İnter” - 0:0

Xəbər 952 dəfə oxundu.