“Azərreyl”in kapitanı yenidən meydançaya çıxacaq | |
Oksana Parxomenko geri qayıdır. Bir ildən çoxdu zədə üzündən meydana çıxmayan voleybol yığmamızın və “Azərreyl”in kapitanı yenidən meydançaya çıxacaq. “İqtisadçı”yla 8-ci turdan təxirə salınan oyunda “Azərreyl”in ehtiyat oyunçuları arasında yer alan və meydançadakı komanda yoldaşlarını dəstəkləyən toppaylayıcı böyük ehtimalla, martın 3-də voleybol həsrətinə son qoyacaq. “Qırmızı-qaralar”ın baş məşqçisi Alessandro Kiappininin superliqanın 17-ci turu çərçivəsində “Lokomotiv Biləcəri”ylə keçiriləcək görüşdə oyunqurucusuna şans verəcəyi gözlənilir. Qeyd edək ki, Parxomenko ötən il yanvarın 17-də Çempionlar Liqasının D qrupunun qarşılaşmasında sıradan çıxmışdı. Bakı İdman Sarayında “Tomis”lə matçın ilk setinin sonlarında yerə düşərkən ayağını burxaraq diz bağlarını qıran Oksana cərrahiyyə əməliyyatından sonra uzun müddət bərpa kursu keçmişdi. |
|
Xəbər 994 dəfə oxundu. |
|
|