Azərbaycan – Norveç oyununun saatı açıqlandı
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı, Slovakiyada keçiriləcək 2-ci qrupun oyunlarının başlanma vaxtı və qarşılaşmaları idarə edəcək hakimlər müəyyənləşib. Millimiz 27, 28 və 30 mart tarixlərində meydana çıxacaq.

Martın 27-də Norveçlə qarşılaşacaq millimiz bir gün sonra Bosniya və Herseqovinanı sınağa çəkəcək. Son oyunda isə komnadamız Slovakiya ilə qarşışacaq.

Yığmamızın yer aldığı qrupun oyunlarına Belçika, Türkiyə, Bolqarıstan və Belarusdan hakimlər, Xorvatiyadan hakim-inspektor təyinat alıb.

27 mart
17.30 Azərbaycan – Norveç
20.00 Slovakiya – Bosniya və Herseqovina

28 mart
20.30 Bosniya və Herseqovina – Azərbaycan
13.00 Slovakiya – Norveç

30 mart
20.00 Norveç – Bosniya və Herseqovina
22.30 Azərbaycan – Slovakiya

Hakimlər:
Lemal Paskal – Belçika
Kemal Çetin – Türkiyə
Kalin Kinov – Bolqarıstan
Vitali Rakutski – Belarus
Hakim-İnspektor:
İvan Novak (Xorvatiya)

Xəbər 913 dəfə oxundu.