Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilib | |
Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilib. Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” səfərdə “Kayserispor”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Sivasspor” minimal hesabla uduzub. Özkara bu görüşdə də meydana çıxmayıb. Qeyd edək ki, “Sivasspor” 29 xalla 10-cu yerdə gedir. |
|
Xəbər 936 dəfə oxundu. |
|
|