Milli Paralimpiya Komitəsinin prezidenti seçilib | |
Azərbaycan Milli Paralimpiya Komitəsinin IV hesabat seçki Konqresi keçirilib. Konqresdə Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, Komitənin növbəti 4 il üçün (2013 – 2016-ci illər) strateji fəaliyyət Planı müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Müzakilələrdə komitənin İcraiyyə Komitəsinin və Milli Məclisin üzvü Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü, “Neftçi”nin İSM-nın icraçı direktoru, “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov, İcraiyyə Komitəsinin sədri, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, XIV London Yay Paralimpiya Oyunlarının qalibi Afaq Sultanova, XIV London Yaya Paralimpiya Oyunlarının bürünc medalçısı Hüseyn Həsənov, baş məşqçilər – İbrahim İbrahimov, Sergey Təhməzov və Alaverdi Culfayev çıxış edib. Konqresdə komitənin rəhbər orqanlarına seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov komitənin birinci vitse-prezidenti, Şaiq Həmidov vitse-prezident, Afiq Süleymanov isə baş katibi vəzifəsinə seçilib. |
|
Xəbər 1371 dəfə oxundu. |
|
|