“Simurq” iki legioner futbolçu ilə müqavilə bağlayacaq
Transfer dövrünün ən səssis klublarından olan “Simurq” pəncərənin son günlərində səssizliyini pozmaq niyyətindədi. Zaqatala klubu iki legioner futbolçu ilə müqavilə bağlayacaq.

Belə ki, bundan əvvəl yalnız Bəxtiyar Soltanovla güclənən “Simurq” xorvat Tomislav Buşiçlə və bosniyalı Nenad Kiso ilə münasibətlərini rəsmiləşdirəcək. Hər iki futbolçu komandanın Antalya toplanışında baxışdan keçib və baş məşqçi Georgi Çixradze tərəfindən bəyənilib.
Zaqatala klubunda baxışdan keçir. Baş məşqçi Georgi Çixradze onunla bağlı yaxın günlərdə qərar verəcək. Buşiçin bu gün Sofiya ÇSKA-sı ilə yoxlama oyununda meydana çıxması gözlənilir.

Qeyd edək ki, 26 yaşlı Tomislav Buşiç Xorvatiyanın “Slaven” (Belupo) klubundan gəlib. 2010-cu ildən bu komandada çıxış edən hücumçu 31 oyunda 6 qol vurub. Buşiç karyerasına Xorvatiyanın “Hayduk” klubunda başlayıb (2004-2009, 86 oyun, 28 qol). 2007-2008 mövsümündə Kiyev “Dinamo”suna icarəyə verilən futbolçunun Ukrayna karyerası uğursuz alınıb. O, 2009-2010 mövsümünü İsrailin “Makkabi” (Petax Tikva) klubunda keçirib – 19 oyun, 1 qol. Buşiç Xorvatiya yığmalarının – U-16 (2002, 7 oyun, 1 qol), U-17 (2002-2003, 18 oyun, 11 qol), U-19 (2004, 5 oyun, 4 qol), U-20 (2007, 3 oyun, 3 qol) və U-21 (25 oyun, 12 qol) – formasını geyinib.

23 yaşlı Nenad isə yarımmüdafiəçidi. Serbiyanın “Partizan” klubunun yetirməsi peşəkar karyerasına bu ölkənin “Çukariçki” komandasında başlayıb (2008-2011, 61 oyun, 2 qol). 2011-2012 mövsümündə Bosniya və Hersoqovinanın “Olimpik” klubunda (25 oyun, 1 qol) çıxış edən futbolçu ötən il İsraildə Be’er Şeva “Hapoel”inin formasını geyinib (16 oyun). O, ötən ilin sonlarında Macarıstan “Debretsen”inə keçsə də, bu komandada debüt edə bilməyib. Nenad Bosniya və Hersoqovina U-21-nin sabiq üzvüdü. O, 2008-2010-ci illərdə bu komandada 12 oyun keçirib.

Xəbər 1131 dəfə oxundu.