Şahmat üzrə qaliblər müəyyənləşib | |
Respublika Şahmat Mərkəzində 1997-1998-ci il təvəllüdlü oğlan və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Yarışda Paytaxtın uşaq-gənclər idman məktəb və klublarını təmsil edən 45 idmançı (onlardan 12-si qızlardır) iştirak edib. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi altında keçirilən turnir oğlanlar arasında İsveçrə sistemi üzrə 9 turdan, qızlar arasında dairəvi sistem üzrə 11 turdan ibarət olub. Yekun nəticələrə əsasən, İlkin Rəhimli (RİOEUGŞM), Kənan Muxtarov (1 saylı İOEUGŞDİM), Zöhr Babazadə (RİOEUGŞM), oğlanların yarışında fərqləniblər. Qızlarda isə Fatimə Əhmədova (1 saylı İOEUGŞDİM), Xatın Bağırova (1 saylı İOEUGŞDİM), Səbinə Qədirli (RİOEUGŞM) ilk üç yerə layiq görülüblər. Yarışların nəticəsinə görə ilk 3 yeri tutmuş oğlanlar və 5 yeri tutmuş qızlar mart ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar. |
|
Xəbər 1189 dəfə oxundu. |
|
|