İsveçrə şirkəti yoxlamalarının nəticələrini açıqlayıb
İsveçrənin SGS şirkəti 2012-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.

Həmçinin qeyd edilib ki, Lisenziyalaşdırma qrupu 2013-cü ildə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Xəbər 888 dəfə oxundu.