Afrika Millətlər Kuboku davam edir | |
Afrika Millətlər Kuboku davam edir. Qitə birinciliyinin 11-ci oyun günündə C qrupu çərçivəsində son iki oyun baş tutub. Burkina Faso Zambiya millisi ilə sülh bağlayıb – 0:0. Nigeriya isə Efiopiyanı 2:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Burkina Faso və Nigeriya pley-off mərhələsinə vəsiqə qazanıb. Bundan əvvəl Qana, Mali, CAR və Kape Verde növbəti mərhələyə çıxmışdı. Afrika Millətlər Kubokunun ötən ilki qalibi Zambiya isə qrupda qalıb. Qeyd edək ki, 12-ci oyun günündə D qrupu çərçivəsində Əlcəzair – Kot`D-İvuarı və Toqo – Tunis oyunları keçiriləcək. Afrika Millətlər Kuboku B qrupu 29 yanvar Burkina Faso – Zambiya 0:0 Efiopiya – Nigeriya 0:2 Qollar: Moses, 80-pen; 90-pen. 1 Burkina Faso 3 1 2 0 5 1 5 2 Nigeriya 3 1 2 0 4 2 5 3 Zambiya 3 0 3 0 2 2 3 4 Efiopiya 3 0 1 2 1 7 1 |
|
Xəbər 1062 dəfə oxundu. |
|
|