"Rəvan” növbəti oyununu keçirib | |
Topaz Premyer Liqasında ilk "altılıq” şanslarını saxlayan "Rəvan” çempionatın yerdə qalan bölümünə hazırlıq çərçivəsində bu gün növbəti oyununu keçirib. İlk yoxlama görüşündə əvəzedicilərdən ibarət komandanı 3:0 hesabı ilə üstələyən “Rəvan” bu dəfə "Bayıl Arena”da I divizionun lideri "Qaradağ Lökbatan”la üz-üzə gəlib. Hesabı öncə rəqib açsa da, “Rəvan” əzmkarlıq nümayiş etdirərək hesabı bərabərləşdirib. Düşərgədə baxışda olan Miloş Adamoviç adını tabloya yazdırıb. Matç elə 1:1 hesabı ilə də başa çatıb. Oyundan sonra baş məşqçi Ramil Əliyev matçla bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Yoxlama oyunu olsa da, uşaqların əzmkarlığını qeyd etməliyəm. Özlərini tamamilə oyuna həsr etmişdilər. Sona qədər vuruşdular. Adamoviç xoş təsir bağışladı. Təkcə bu oyunda yox, ümumiyyətlə, düşərgədə olduğu müddətdə. Onunla rəsmən anlaşmada maraqlıyıq”. Qeyd edək ki, “Rəvan” fevralın 9-da "Turan”la keçiriləcək Topaz Premyer Liqasının oyununa qədər ən azı daha 1 matçda qüvvəsini sınayacaq. Belə ki, yanvarın 26-da komanda elita nümayəndəsi "Sumqayıt”la görüşəcək. |
|
Xəbər 905 dəfə oxundu. |
|
|