Taekvondoçular arasında Bakı şəhər birinciliyi
Yanvarın 26-da yeniyetmələr arasında (1999-2001–ci il təvəllüdlü) Bakı şəhər birinciliyi keçiriləcək. Taekvondo Federasiyasından idman.com.az saytına verilən məlumata görə, Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq yarışı Bakı Şəhər Gənclər və İdman İdarəsi (BŞGİBİ) təşkil edir.

Oğlanlar arasında, paytaxt birinciliyi 33 kq, 37 kq, 41 kq, 45 kq, 53 kq, 57 kq, 61 kq, 65 kq və +65 kq çəki dərəcələrində olacaq. Turnirdə Bakının müxtəlif rayonlarından klubların tərkibində 100-dək idmançı mübarizə aparacaq.

Taekvondoçular DaeDo elektron gödəkçələrdən istifadə edəcəklər. İştirakçıların çəkiləri yanvarın 25-də saat 09:00-12:00-da ATF-in təlim-məşq bazasında müəyyənləşdiriləcək.

Fərqlənən taekvondoçular BŞGİBİ-nin müvafiq diplomları, xatirə hədiyyələri və pul mükafatı ilə təltif ediləcəklər.

Xəbər 1024 dəfə oxundu.