“Kocaelispor” ağır günlərini yaşayır
Bir zamanlar Super Liqada 4 böyük klubun qorxulu yuxusu olan “Kocaelispor” ağır günlərini yaşayır. İzmit təmsilçisi külli miqdarda borcuun azaltmaq üçün SMS kampaniyasına başlayıb.

Belə ki, Türkiyənin 3 mobil operatorunun abunəçiləri “KS41″ yazıb 6662-yə göndərməklə kluba 5 lirə bağışlaya bilər. Klub rəhbərliyi bu yolla 70 milyon lirəlik (təxminən 35 milyon manat) borcun heç olmasa bir hissəsini ödəmək istəyir

Qeyd edək ki, millimizin kapitanı Rəşad Sadıqov və Ramal Hüseynov “Kocaelispor”un Super Liqadakı son mövsümündə – 2008-2009 mövsümündə bu komandanın formasını geyinib.

Xəbər 1041 dəfə oxundu.