««Fənərbağça»lı olduğum üçün mükafatı qazandım» | |
2012-ci il FİFA-nın Puskas mükafatını qazanan «Fənərbağça»nın slovak ulduzu Miroslav Stox mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Mükafat gecəsinin özünün ona möcüzə olduğunu, tək mükafat aldığı üçün deyil, orada klubunu təmsil etdiyi üçün də xoşbəxtlik duyduğunu deyən Stox «Bu mükafatı qazanmaq mənim üçün qürurverici idi. Bu yarışda mənə səs verən bütün idmansevərlərə təşəkkür edirəm» dedi. Namizəd 10 qolun da mükafata layiq və gözəl qollar olduğunu dilə gətirən slovak futbolçu «Bəlkə də mənim bir addım önə keçməyimin ən böyük səbəbi «Fənərbağça»nın oyunçusu olmağım idi. Bilirik ki, fanatiklik dərəcəsində klubunu sevən çox sayda tərəfdarımız var. Onların dəstəyiylə qazandım» deyə danışdı. İdman.com.az saytı xəbər verir ki, Stox bir jurnalistin mükafat gecəsində «Barselona»lı məşhur futbolçu Lionel Messi ilə bir araya gəldiyi anda nələr yaşandığını soruşmasına bir-birilərini təbrik etdiklərini və əl sıxışdıqlarını söylədi. Superliqanın ikinci yarısında daha çox şans taparaq qollarına başlamaq istədiyini deyən Stox, bir qol vurarsa, davamının gələcəyinə olan inamını dilə gətirdi. Stox aldığı mükafatın bunun üçün yaxşı bir təkan olduğunu dedi. Liqanın ilk yarısında forma şansı tapdığı matçlarda özünü göstərmək üçün əlindən gələni etdiyini deyən futbolçu «Qolları qaçırmasaydım və 5-6 qol vura bilsəydim, bəlkə də «çox yaxşı bir mövsüm keçirir» deyəcəkdiniz» söylədi. Mətbuatda gedən bəzi xəbərlərdə baş məşqçi Aykut Kocaman ilə bir ünsiyyəti olmadığının iddia edildiyinin xatırladılması ardından Stox məşqçisi, ya da hər hansı bir yoldaşıyla əlaqədar pis heç bir şey söyləmədiyini bildirdi. Bəzi xəbərlərdə Canerdən daha yaxşı olduğunu söylədiyinin iddia edildiyini deyən Stox bunun da tamamilə yalan olduğunu söylədi. Stox bir jurnalistin mükafatı almasının ölkəsində necə qarşılanması ilə bağlı sualın cavabında «Slovakiyada FİFA-dan bu dərəcədə əhəmiyyətli bir mükafat qazanan ilk futbolçuyam. Hər kəs xoşbəxt oldu. Mənimlə qürur duyurlar. Mən də bundan çox xoşbəxtəm» dedi. Qolu vurduqdan sonra belə bir mükafat ala biləcəyini düşünüb-düşünmədiyi soruşulanda Stox «Bunun dünyanın ən gözəl qolu seçiləcəyini xəyal belə etməmişdim. Mənim üçün sürpriz oldu» cavabını verdi. Miroslav Stox «Mükafat aldığın qolun asistenti Aleks idi. Mükafat aldıqdan sonra Alekslə görüşdünmü» sualına «Alekslə dünən telefonla danışdım. Asistentliyi üçün təşəkkür etdim. Həm də «Bu qolun və mükafatın yarısı sənindi» dedim. O da «Yüzdə 70-i sənin, yüzdə 30-u mənimdi» deyə cavab verdi. Mən də «Yüzdə 50-50 olsun» dedim. Aleksin asistentliyi həqiqətən çox gözəl idi» dedi. |
|
Xəbər 1143 dəfə oxundu. |
|
|