“Kəpəz” qış fasiləsindən yanvarda qayıdacaq
“Kəpəz” qış fasiləsindən yanvarın 14-də qayıdacaq. Həmin gün komanda uzun istirahətdən sonra hazırlığı bərpa edib, təlim-məşq toplanışına başlayacaq.
Gəncə şəhər stadionunun ot örtüyünün durumu ilə əlaqədar “Kəpəz” məşqlərə Bakıda start verəcək. Heyət ilkin mərhələdə hazırlığını “Dalğa Arena”da keçəcək.
Əsas komandadan fərqli olaraq, “Kəpəz”in əvəzedici heyəti yanvarın 7-dən məşqlərə başlayıb. Əvəzedicilər gündə bir dəfə olmaqla məşq edir. Futbolçular hələlik fiziki məşqlər üzərində çalışırlar. Bunun üçün komanda Gəncə yaxınlığında yerləşən Hacıkənd qəsəbəsində hazırlıq keçir.

Xəbər 938 dəfə oxundu.