«Flamenqo» Robinyu üçün 10 milyon verir | |
Məlum olduğu kimi, Braziliya «Flamenqo»su «Milan»ın forvardı Robinyu uğrunda mübarizəyə qalxıb. Braziliyalıların təmsilçiləri artıq «rossoneri»lərin vitse-prezidenti Adriano Qalliani ilə danışıqlara başlayıblar. Ümumilikdə, «Flamenqo» hücumçunun keçidi üçün 10 milyon avro ödəməyə hazırdı. Özü də bu pulun 7, milyonunu klubun sponsoru olan «Adidas» verəcək. Transfer baş tutarsa, futbolçu özü ayda 350 min avro alacaq. İdman.com.az saytının məlumatına görə, digər Braziliya klubu «Santos»un Robinyu üçün təklif etdiyi məbləğ daha aşağıdı. Klub transfer üçün «Milan»a 6 milyon, futbolçunun özünə isə aylıq 300 milyon maaş təklif edir. |
|
Xəbər 1171 dəfə oxundu. |
|
|