İvanoviç Serbiyanın ən yaxşısıdır
London «Çelsi»sinin müdafiəçisi Branislav İvanoviç Serbiyanın 2012-ci ildə ən yaxşı futbolçusu seçilib. İdman.com.az saytının məlumatına görə, ölkəsinin millisinin 28 yaşlı kapitanı Serbiya Futbol Assosiasiyasının mükafatını alıb.

«Bu mənim üçün çox əhəmiyyətli mükafatdı. Əgər səni ölkəndə ən yaxşı seçirlərsə, bu, sənin indiyədək əldə etdiklərin hər şeyə görədi. İndi mən bu səviyyəni saxlamalıyam və daha yaxşı olmağa çalışmalıyam» - deyən İvanoviçin sözlərini UEFA-nın rəsmi saytı dərc edib.

İvanoviç Serbiya yığmasında 7 oyun keçirib, 7 qol vurub.
Serbiyanın ən yaxşı məşqçisi isə «Szyansu Saynti» ilə Çin çempionatında ikinci yerə yüksəlib. İki həftə öncə o, həmçinin Çin liqasının ən yaxşı məşqçisi seçilib.

Xəbər 1207 dəfə oxundu.