“Top Volley İnternational” turnirinin finalçıları | |
Qadın voleybolçular arasında ənənəvi “Top Volley İnternational” turnirinin finalçılarının adına aydınlıq gəlib. Bazeldə keçirilən yarışın ikinci günündə qrup mərhələsinə yekun vurulub və yarımfinal matçları baş tutub. “Rabitə”nin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Kann” 1/2 finala qrup qalibi kimi yüksəlib və finala gedən yolda “Volero”nu (İsveçrə) mübarizədən kənarlaşdırıb – 3:2 (25:17, 22:25, 25:10, 20:25, 15:13). Digər yarımfinal cütündə isə “Sesi San Paolo” (Braziliya) “Qalatasaray”ı 3:1 (25:20, 25:21, 20:25, 25:20) məğlub edib. Beləliklə, bu gün başa çatacaq turnirin finalında “Kann” “Sesi San Paolo” sınağa çəkəcək. Üçüncü yer uğrunda isə “Volero” “Qalatasaray”la oynayacaq. Qeyd edək ki, “Dinamo-Romprest” (Rumıniya) və “Bank Fakro” (Polşa) qrup mərhələsində hər 2 oyunu uduzduğundan yarışla vidalaşıblar. |
|
Xəbər 867 dəfə oxundu. |
|
|