Luqano yenidən Braziliyaya qayıda bilər | |
“Fənərbaxça”dan ayrıldıqdan sonra PSJ-yə transfer olunan və Paris klubunun heyətindən kənarda qalan Dieqo Luqano yenidən Braziliyaya qayıda bilər. Uruqvaylı müdafiəçi bundan sonra “San-Paulo”nun şərəfini qorumağa çox yaxındır. Artıq təcrübəli futbolçu Braziliya təmsilçisinin rəhbərliyi ilə də danışıqlara başlayıb. Lakin birinci görüşmədə tərəflər arasında razılıq əldə olunmayıb. Qeyd edək ki, Dieqo Luqano 2003-cü ildən 2006-cı ilə qədər “San-Paulo”nun formasını geyinib. Bu klubda 176 matçda meydana çıxan 32 yaşlı müdafiəçi 11 qolla imza atıb. |
|
Xəbər 1075 dəfə oxundu. |
|
|