Rusiyanın “Mordoviya” klubunun yeni baş məşqçisi
Rusiyanın “Mordoviya” klubunun yeni baş məşqçisi müəyyənləşib. Premyer Liqa təmsilçisi türk mütəxəssislə müqavilə bağlayıb.
Belə ki, “Mordoviya” Yüksel Yeşilova ilə anlaşıb. Müqavilənin müddəti 1.5 ildi. “Mordoviya” 19 turdan sonra Premyer Liqada 9 xalla sonuncu pilləni tutur.
Qeyd edək ki, 2010-cu ildə Yüksel Yeşilovanın adı “Neftçi” ilə yanaşı çəkilirdi. Klubun həmin vaxtkı prezidenti Əkbər Hacıyev ona baş məşqçi postunu təklif etsə də, türk mütəxəssis bundan imtina etmişdi.
44 yaşlı məşqçi son olaraq Rumıniyanın “Dinamo” (Buxarest) klubunda köməkçi işləyib.

Xəbər 1047 dəfə oxundu.