“Atletiko” Radamel Falkao ilə bağlı qərarını açıqlayıb | |
“Atletiko” Radamel Falkao ilə bağlı qərarını açıqlayıb. Madrid təmsilçisi nəhəng klublara bəd xəbər verib. Belə ki, “Atletiko” qış transfer pəncərəsi dövründə kolumbiyalı ulduzunu satmamaq qərarına gəlib. Ötən ilin yayında komandadan ayrılan Serxio Aquero və Dieqo Forlanın yerinə 40 milyon avro qarşılığında “Portu”dan transfer olunan Falkao ən azı mövsümün sonunadək Madriddə qalacaq. Xəbəri futbolçunun özü də təsdiq edib: “Prezidentimix Enrike Çerezo məni komandada saxlamaq üçün böyük əmək sərf edir. Uğurlu bir mövsüm keçiririk, hədəfimiz bunu mövsümün sonunadək davam etdirməkdi. Bu səbəbdən də qış transfer pəncərəsi dövründə komandadan ayrılmayacağam”. Qeyd edək ki, Falkaonu “Real”, “Mançester Siti”, “Çelsi”, PSJ kimi böyük klublar heyətində görmək istəyir. |
|
Xəbər 998 dəfə oxundu. |
|
|