Afrikada 2012-ci ilin ən yaxşı futbolçusu | |
Afrikada 2012-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. “Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture ən yaxşı oyunçu seçilib. Kot-d’ivuarlı futbolçu bu ad uğrunda həmyerlisi Didye Droqba və kamerunlu futbolçu Aleks Sonqu qabaqlayıb. Qanada təşkil edilən mərasimdə digər mükafatlara sahib olanlar isə bunlardır: Zambiya milli komandasının baş məşqçisi Herve Renard – “İlin məşqçisi” Misir yığma komandasının gənc futbolçusu Məhhəməd Saleh – “Gələcəyi vəd edilən oyuçu” Camal Alhomani – “İlin hakimi” Kamerun milli komandasının formasını 100-dən artıq geyinən Riqober Sonq – “Əfsanəvi futbolçu” Sentyabr ayında dünyasını dəyişən Misir yığma komandasının baş məşqçisi Mahmud Əl-Qohari – “Əfsanəvi məşqçi” “Əl-Əhli” (Misir) – “İlin komandası” Zambiyalı Stopila Tsunsu və Misirli Məhəmməd Aboutrika – “Afrikada çıxış edən ilin oyunçuları” Qeyd edək ki, Yaya Ture ötən il də bu mükafata layiq görülmüşdür. |
|
Xəbər 1079 dəfə oxundu. |
|
|