Sissi Rayt postundan gedir
Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandasının baş məşqçisi Sissi Rayt postundan ayrılır. İdman.com.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 52 yaşlı çalışdırıcı bununla bağlı açıqlama verib. Rayt almaniyalı həmkarlarımıza gələn ilə yığmamızın baş məşqçisi kimi başlamayacağını bildirib.

AFFA ilə əməkdaşlığa 2010-cu ilin mayında başlayan Raytın müqaviləsi bu ilin sonunda başa çatır. Onun sözlərinə görə, tərəflər anlaşmanı uzatmamağı daha məqsədəuyğun sayıblar. Yığmamız bu il Raytın rəhbərliyi altında ölkəmizdə ilk dəfə keçirilən dünya çempionatının final mərhələsində iştirak etsə də, keçirdiyi hər 3 oyunda uduzaraq, qrupda qalıb.

Qeyd edək ki, ikiqat Avropa çempionu olan Rayt “Bavariya”nın sabiq baş məşqçisidir.

Xəbər 909 dəfə oxundu.