Topaz Premyer Liqasının 2012/13-cü il mövsümünün yeni rekordu qeydə alınıb | |
Topaz Premyer Liqasının 2012/13-cü il mövsümünün yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, XVII turun Lənkəranda baş tutan “Böyük oyun”unda tamaşaçı sayında mövsümün ən yüksək göstəricisi müəyyən olunub. Belə ki, “Xəzər Lənkəran”la “Neftçi” arasında qarşılaşmanı 9500 azarkeş izləyib. Bunadək ən yüksək göstərici 8000-ə bərabər idi. Bu sayda azarkeş 4 qarşılaşmada - ilk turun “Kəpəz” – “Turan”, III turun “Sumqayıt” – “Qarabağ”, VIII turun “Kəpəz” – “Qarabağ” və IX turun “Sumqayıt” – “Rəvan” görüşlərində qeydə alınıb. |
|
Xəbər 948 dəfə oxundu. |
|
|