Xavi Ernandes “Barselona”nın tarixinə düşüb
İspaniya milli komandasının futbolçusu Xavi Ernandes “Barselona”nın tarixinə düşüb. Yarımmüdafiəçi komandasının heyətində 387-ci çempionat oyununu keçirməklə buna nail olub. Bununla da o, Kataloniya təmsilçisinin Primera matçlarında ən çox oyun keçirən futbolçu olub. Xaviyə qədər bu rekord Migelə məxsus idi.

Qeyd edək ki, Xavi cari mövsümün sonunadək 400 oyun səddini də arxada qoya bilər.

Xəbər 1038 dəfə oxundu.