“İnter” zirvədə | |
Bu gün Topaz Premyer Liqasında XVII turun növbəti 3 oyunu keçirilib. İdman.com.az saytının məlumatına görə, 1 oyun əyalətdə, 2-si isə paytaxtda baş tutub. Gəncədə autsayder “Kəpəz”lə turnir cədvəlinin şərikli liderlərindən olan “İnter”in oyunu gözlənildiyi kimi başa çatıb. Belə ki, “İnter” səfərdə, özü də bərbad meydançada oynamasına baxmayaraq, asan qələbə qazanıb. “Bankçılar” hər hissədə vurduğu bir qolla qələbəni bayram edib. “İnter”in fasiləyə vahid lider yollanmasını “Bakı” bir az da asanlaşdırıb. “Qarabağ” yenə “zolaqlılar”la bacarmayıb. Qolsuz heç-heçə hər iki komandanın işinə yaramasa da, bundan karlı çıxan tərəf “İnter” olub. Çünki paytaxt klubu sabah “Simurq” qələbə qazanmasa, turnir cədvəlinə vahid lider kimi başçılıq edəcək. İlk “altılığ”a can atan iki komandanın “AzAL Arena”dakı qarşılaşmasında da qol səsi duyulmayıb. Hər iki komanda çox çalışsa da, sonda xalları yarı bölüb. Belədə “təyyarəçilər” “Neftçi” və “Xəzər Lənkəran”a çatmaq şansını boşa verib. Topaz Premyer Liqası, XVII tur 15 dekabr AzAL (Bakı) – “Turan” (Tovuz) - 0:0 Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Knyaz Əmiraslanov, Anar Göyçayski “AzAL Arena”. “Kəpəz” (Gəncə) – “İnter” (Bakı) - 0:2 Qol: Vladimir Levin, 24; Nizami Hacıyev, 80 Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Diniyev Gəncə şəhər stadionu. “Bakı” – “Qarabağ” (Ağdam) - 0:0 Qırmızı vərəqə: Qara Qarayev (“Qarabağ”), 89 Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Namiq Hüseynov, Orxan Məmmədov “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. |
|
Xəbər 1063 dəfə oxundu. |
|
|