“Böyük oyun”un start fitindən az əvvəl maraqlı hadisə baş verib | |
Lənkəranda keçirilən “Böyük oyun”un start fitindən az əvvəl maraqlı hadisə baş verib. “Xəzər Lənkəran” və “Neftçi” prinsipial duel öncəsi isinmə hərəkətlərini başa vurub, soyunub-geyinmə otağına yollanarkən azarkeşlər maraqlı olayı izləyiblər. Meydandan soyunub-geyinmə otaqlarına gedən zalın önündə meydan sahiblərinin azarkeşlərindən biri “Xəzər Lənkəran” bayrağını yellədib. “Neftçi”nin üzvləri də “ağ-yaşıl” bayrağın altından keçməli idi. Öncə həmin nöqtəyə yaxınlaşan Mahir Şükürov bayrağa tərs-tərs baxsa da, onun altından keçib. Bakılıların baş məşqçisi Böyükağa Hacıyev isə düz 5 dəqiqə orda dayanıb bayrağın götürülməsini tələb edib. Lakin inadkar məşqçi istəyinə çatmayıb. Sonda “sınan” Hacıyev “Xəzər Lənkəran”ın bayrağının altından keçib. |
|
Xəbər 896 dəfə oxundu. |
|
|