Arçi Tompson futbol tarixinə düşüb | |
Avstraliya milli komandasının futbolçusu Arçi Tompson futbol tarixinə düşüb. 34 yaşlı futbolçu yığmaların beynəlxalq matçlarında ən qısa zaman kəsiyində het-trik edən oyunçu olub. Bu, Cənub-Şərqi Asiya turnirində baş verib. Avstraliyanın Quam futbolçularını 9:0 hesabı ilə udduğu oyunda Tompson 7 dəqiqəyə 3 qol vurub. Meydana 2-ci hissədə daxil olan hücumçu 59-65-ci dəqiqələrdə het-trik edib. Qeyd edək ki, Arçi yığmaların beynəlxalq oyunlarında 1 matça ən çox qol vuran futbolçudur. O, 2001-ci ildə Amerika Samoası (31:0) ilə görüşdə 13 dəfə fərqlənmişdi. |
|
Xəbər 854 dəfə oxundu. |
|
|