Əli Gökdəmir Almaniyada növbəti oyununu keçirib | |
Mİlli komandamızın üzvü Əli Gökdəmir Almaniyada növbəti oyununu keçirib. Onun çıxış etdiyi “Hannover 96″nın ikinci komandası Regional Liqada ilin son oyununa çıxıb. Hannorver təmsilçisi “Holştayn”ın qonağı olub. 0:3 hesabı ilə yeri düşən “Hannover 96″ türk futbolçu Deniz Kadah 70-79-cu dəqiqələrdə vurduğu qollarla fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb və 2:3 hesabı iolə yenilib. Meydana start heyətində çıxan Gökdəmir matçı bitirə bilməyib. Belə ki, 90-cı dəqiqədən sonra iki sarı vərəqə alan millimizin üzvü qovulub. 58-ci dəqiqədə Kevin Behrens qırmızı vərəqə aldığından “Hannover 96″ı matçı 9 nəfərlə bitirib. Bu məğlubiyyət “Hannover 96″nın liderliyinə son qoyub. “Holştayn” xallarının sayını 45-ə yüksəldərək zirvəyə qalxıb. “Hannover 96″ isə 42 xalla ikinci pillədə qərarlaşıb. Əlinin komandası növbəti oyununu 2013-cü ilin 2 fevralında evdə “Meppen”ə qarşı keçirəcək. |
|
Xəbər 907 dəfə oxundu. |
|
|