Stramaççoni A seriyasının son turunda “Palermo” ilə matçdan razı qalıb | |
“Neftçi”nin Avroliqanın qrup mərhələsində son oyununda rəqibi olan “İnter”in baş məşqçisi Andrea Stramaççoni A seriyasının son turunda “Palermo” ilə matçdan razı qalıb. Milanlılar “Palermo”nu avtoqolla yensə də, gənc çalışdırıcısı oyundan razı qalıb. Onun sözlərinə görə, 3 oyunluq qələbəsiz seriyaya son qoymaları vacibdir: “Rahat nəfəs ala bilərik. Komanda indi yaxşı formada deyil. Ancaq vacib olan bu gün 3 xalı qazanmağımızdır. Ayrıca Dieqo Militonun səylərini qeyd etmək istərdim”. Qeyd edək ki, “İnter” “Neftçi” ilə ev oyununu dekabrın 6-da keçirəcək. |
|
Xəbər 865 dəfə oxundu. |
|
|