UEFA Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor”la bağlı qərar çıxarıb
UEFA Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın çıxış etdiyi “Əskişəhərspor”la bağlı qərar çıxarıb. Qitə futbol qurumu Türkiyənin 2 klubu - onunla yanaşı, “Fənərbaxça”nın avrokuboklarda çıxış etmək müqabilində gəlirlərinə qoyulan qadağanı ləğv edib.

UEFA sentyabrda Maliyyə “Fair Play”ı çərçivəsində 23 komanda ilə bağlı araşdırmanın nəticəsində onların gəlirlərini müvəqqəti dondurmuşdu. Klublara borclarla bağlı ətraflı məlumat verməyi üçün sentyabrın 30-dək vaxt qoymuşdu. UEFA sonda 16 kluba qarşı qadağanı götürüb ki, onlar arasında Türkiyə təmsilçiləri də var.

Xəbər 921 dəfə oxundu.