Super Liqanın VI turunu idarə edəcək hakimlərin adları açıqlanıb | |
Qadın voleybolçular arasında Super Liqanın VI turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Noyabrın 30-da Voleybol Mərkəzində keçiriləcək turun mərkəzi – “Lokomotiv” – “Azərreyl” matçı beynəlxlaq dərəcəli ədalət təmsilçilərinə tapşırılıb. Azərbaycan çempionunun oyununu isə respublika dərəcəli hakimlər idarə edəcəklər. I DÖVRƏ VI tur 30 noyabr 15:00. RABİTƏ – LOKOMOTİV BİLƏCƏRİ Hakimlər: Murad Abdurəhmanzadə, Səbuhi Əliyev Xətt hakimləri: Samir Nəbiyev, Fuad Hacıyev, Emil Abdullayev, Emil Əmirxanlı 17:00. LOKOMOTİV – AZƏRREYL Hakimlər: Eldar Zülfüqarov, Konstantin Selin Xətt hakimləri: İftixar Abdullayev, Rüstəm Cəfərov, Fuad Ağayev, Zaur Hacıyev 19:00. BAKI-AZƏRYOL – İQTİSADÇI Hakimlər: Vüqar Cəfərov, Ceyhun İsmayılov Xətt hakimləri: Cəlil Cəlilov, Təranə Bəylərova, Ruhid Xəlilov, Fuad Əliyev |
|
Xəbər 854 dəfə oxundu. |
|
|