Beynəlxalq Сüdo Federasiyası dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb | |
Beynəlxalq Сüdo Federasiyası dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Yeni siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olmaz. Belə ki, yığmamızın aparıcı cüdoçuları son beynəlxalq yarışlarda iştirak etmədiklərindən mövqelərində dəyişiklik olub. Həmyerlilərimizdən Nicat Şıxəlizadə (66 kq) 57, Ramilə Yusubova (63 kq) 2 və Tərlan Kərimov (66 kq) 1 pillə aşağı düşüb. Hazırda onlardan birincisi 83-cü yerə düşdüyü halda, digər 2-si 19-cudur. Azərbaycan cüdoçuları arasında ən yüksək pillə isə yenə Elnur Məmmədliyə (81 kq) məxsusdur. Olimpiya çempionumuz 4-cü yerdəki mövqeyini qoruyub. Onun kimi Elxan Məmmədovla (90 kq) Kifayət Qasımova (57 kq) da pilləni heç bir rəqibə güzəştə getməyərək, müvafiq olaraq, 11-ci və 10-cu pillələri tuturlar. Komanda yoldaşlarından fərqli, Elmar Qasımov (100 kq) 2, İlqar Müşkiyevlə (60 kq) Rüstəm Orucov (73 kq) 1 pillə irəliləyib. Onlar müvafiq olaraq, 20-ci, 7-ci və 18-ci yerlərə yüksəliblər. Bu isə cüdoçularımızın rəqiblərinin geriləməsi səbəbindən olub. Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir. |
|
Xəbər 1248 dəfə oxundu. |
|
|