Qadın voleybolçular arasında Polşa Orlean Liqasında VII turun oyunları baş tutub
Qadın voleybolçular arasında Polşa Orlean Liqasında VII turun oyunları baş tutub. Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Atom” “Lodz”la qarşılaşıb.

Hesabat turunda Azərbaycan çempionuna 1:3 hesabı ilə uduzan Sopot təmsilçisi heyfini onlardan alıb. “Atom” “Lodz”u darmadağın edib – 3:0 (25:20, 27:25, 27:25).

Analoji yarışda “Lokomotiv”in rəqibi “Bank Fakro” isə “Bıdqojç”u sınağa çəkib. Ötən həftə Bakıdan məğlub ayrılan Muşina təmsilçisi də görüşdən qalibiyyətlə ayrılıb – 3:0 (25:23, 25:17, 25:12).

Bu oyunlardan sonra “Bank Fakro” və “Atom” 15 xalla 4-5-ci yerləri bölüşürlər.

Qeyd edək ki, “Azərreyl”in rəqibi “Tauron” VII turun görüşünü bu gün keçirəcək. Onlar PTPS Pila ilə üz-üzə gələcəklər.

Xəbər 898 dəfə oxundu.