“Barselona” əzəli rəqibinin tarixi rekordunu təkrarlayıb | |
“Barselona” əzəli rəqibi olan “Real”ın tarixi rekordunu təkrarlayıb. Komanda İspaniya çempionatının son turunda “Levante”yə qalib gəlməklə, çempionatın startında qələbələrin sayına görə madridlilərlə bərabərləşib. Belə ki, “Kral klubu” bunu 1991/92 mövsümündə 13 oyunda 12-də qalib gəlib, 1-də heç-heçə etməklə, müəyyənləşdirmişdi. “Barsa” nailiyyəti təkrarladıqdan sonra növbəti turda “Atletik”lə oyunda qələbə qazanmaqla, yeni rekord müəyyənləşdirəcək. Qeyd edək ki, “Barsa” XIII turdan sonra lider olaraq 3-cü yerdə gedən madridliləri 11 xal qabaqlayır. |
|
Xəbər 937 dəfə oxundu. |
|
|