Bekhem «Los-Anceles Qalaksi»dən gedir | |
«Los-Anceles Qalaksi»nin orta sahə oyunçusu Devid Bekhem klubu tərk etmək qərarına gəlib. İdman.com.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bu komandanın heyətində sonuncu matçını dekabrın 1-də keçirəcək. Həmin gün «ulduzlar» MLS finalında «Hyuston Dinamo»su ilə qarşılaşacaq. İngiltərəli futbolçu ABŞ-da legioner həyatına 2007-ci ildən başlayıb. O, «Los-Anceles Qalaksi» ilə dəyəri 250 milyon dollar olan 5 illik müqavilə imzalamışdı (anlaşmada marketinqdən gəlirlər, mükafatlar da nəzərə alınıb, əmək haqqı isə 32.5 milyon dollar olub). Klub bu pul itkisini futbolçunun 23 nömrəli köynəyinin satışı ilə tez bir zamanda dəf edib. Üstəlik, Devidin «Qalaksi»yə keçidi komandanın ABŞ-da populyarlaşına səbəb olub. Azarkeş sayı da xeyli artıb. MLS oyunlarında orta tamaşaçı sayı 18 min təşkil edib. Bu beşillik dövründə o, 2 dəfə İtaliyanın «Milan» klubunda da çıxış edib. Dünyanın ən varlı futbolçusu «Qalaksi»ni tərk etdiyi bəyan etdikdən sonra, artıq ona müştərilər peydə olub. İddiaçılar arasında «Nyu-York Red Bullz» və Şotlandiya «Seltik»i var. |
|
Xəbər 929 dəfə oxundu. |
|
|