Böyükağa Hacıyevdən qələbə vədi | |
«Neftçi» klubunun baş məşqçisi Böyükağa Hacıyev, Avroliqanın qrup mərhələsinin V turunda bu gün «Partizan»la keçiriləcək oyun öncəsi fikrini açıqlayıb. İdman.com.az-ın xəbərərinə görə, mütəxəssis yenə iddialı danışıb. Bildirib ki, oyunun gedişində bütün məsələlərə aydınlıq gələcək: «Mən həmişə iddialı danışmışam. Meydana yenə qələbə üçün çıxacağıq. Futbolçuları 5 gündür qələbə yönündə motivasiya edirəm. Yalnız onu deyə bilərəm ki, bu dəfə fərqli taktika ilə oynayacağıq. Yəni 4-5-1 yox, başqa düzülüşə üstünlük verəcəyik». |
|
Xəbər 910 dəfə oxundu. |
|
|