Peşəkar Futbol Liqası təqvimdə yenidən dəyişiklik etməli olub | |
Peşəkar Futbol Liqası təqvimdə yenidən dəyişiklik etməli olub. Dəyişikliklər bu dəfə Premyer Liqa, əvəzedici heyətlərin çempionatı, I divizion və Azərbaycan Kubokunu əhatə edib. “İnter”in baş məşqçisi və məşqçisinin noyabrın 23-də AFFA tərəfindən təşkil olunan A kateqoriyalı məşqçi kurslarında iştirak edəcəyini və “Simurq”un razılıq məktubunu nəzərə alaraq əvəzedici heyətlərin 14-cü turunun “Simurq” – “İnter” oyunu noyabrın 23-dən 22-nə keçirilib. “Kəpəz” və “Tərəqqi” klublarının ev oyunlarını eyni stadionda keçirdiyini və ölkə kubokunun 1/8 final görüşlərinin noyabrın 28-də keçiriləcəyini nəzərə alaraq Topaz Premyer Liqasının 14-cü turunun “Qarabağ” – “Turan” oyunu noyabrın 25-dən 24-nə keçirilib. Həmçinin “Tərəqqi”nin müraciəti əsasında və “Neftçi”nın razılıq məktubunu nəzərə alaraq ölkə kubokunun 1/8 final mərhələsinin “Tərəqqi” – “Neftçi” oyunu noyabrın 28-də Bakıda keçiriləcək. “Şahdağ”ın müraciətini və “Göyəzən”in razılıq məktubunu nəzərə alaraq I divizionun 13-cü turunun “Şahdağ” – “Göyəzən” oyunu dekabrın 16-dan noyabrın 30-a keçirilib. |
|
Xəbər 1122 dəfə oxundu. |
|
|