AFFA baş məşqçini bir illik cəzalandırıb
AFFA baş məşqçini bir illik cəzalandırıb. Buna səbəb onun saxtakarlıq etməsi olub.
Belə ki, U-14 liqasında çıxış edən Tərtərin UGİM klubunun baş məşqçisi Xaliq Abdullayev futbolçuların lisenziyalarını saxtalaşdırıdığı üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.
Bundan başqa onun komandasından Ramil Məmişov adlı futbolçunun “Ağdam”a qarşı saxta lisenziya ilə iştirak etdiyi aşkar edilib. Bu səbəbdən futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 liqasının “Şirvan” – “Qobustan” matçında “Qobustan”ın futbolçusu Cavanşir Aydınovun əvəzinə lisenziyası olmayan futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 liqasının ŞKGB – UGİM (Quba) matçında UGİM-in heyətində Elmar Məmmədyarov saxta lisenziya ilə iştirak etdiyi aşkar edilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-11 liqasının “Ağstafa Gəncləri” – UGİM (Qazax) matçında “Ağstafa Gəncləri”i, U-14 liqasının isə UGİM (Göygöl) – “Lokomotiv” (Gəncə) matçında UGİM tam heyətlə iştirak etmədiyi üçün klublara 0:3 hesablı texniki məğlubiyyət verilib.

Xəbər 1167 dəfə oxundu.