Ufuk Budak Türkiyədə növbəti oyununu keçirib
Milli komandamızın müdafiəçisi Ufuk Budak Türkiyədə növbəti oyununu keçirib. “Eskişəhərspor”da çıxış edən futbolçumuz yenə ikinci komandanın formasını geyinib.
Əsas heyətdə möhkəmlənə bilməyən Ufuk əvəzedici heyətlə “Karşıyaka”ya qarşı oynayıb. Futbolçumuzun 90 dəqiqə oynadığı görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Eskişəhərspor” A2 liqasının lideridi. Komanda “Beşiktaş” və “Göztəpə”ni 2 xal qabaqlayır. Ufuk bundan əvvəl əvəzedici komandanın forması ilə “Göztəpə” və “Dənizlispor”a qarşı oynayıb.

Xəbər 903 dəfə oxundu.