Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi olub
Azərbaycanın minifutbol millisi Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub.

Yığma həlledici oyunda son dünya çempionu Rumıniyaya 5:4 hesabı ilə qalib gələrək, baş mükafatı qazanıb.

Milli üzvlərindən ikisi fərdi mükafata layiq görülüb. Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, Elvin Əlizadə isə ən yaxşı futbolçusu seçilib.

Xəbər 109 dəfə oxundu.