Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır | |
Azərbaycan Basketbol Liqasında bu gün müntəzəm mövsümün sonuncu - XVIII turuna start veriləcək. Günün yeganə matçında "Sabah" və "Xəzri" komandaları üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma saat 19:00-da start götürəcək. "Sabah" hazırda 31 xalla liderdir. 30 xala malik "Xəzri" üçüncüdür. Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək. |
|
Xəbər 90 dəfə oxundu. |
|
|