1/4 finalçılar müəyyənləşib
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/8 final mərhələsinin oyunları keçirilib.


Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 16 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

Mərhələsinin ilk günündə "Yeni Suraxanı" və "Günəşli" komandaları arasında görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Penalti zərbələrində daha dəqiq olan "Günəşli" (4:3) növbəti mərəhləyə yüksəlib.

Ardınca "Bülbülə" və "Qaraçuxur" komandaları üz-üzə gəlib. Oyun "Qaraçuxur" futbolçularının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 13:1. "Şağan" və "Binə" arasında keçirilən görüşdə də qalibi penalti zərbələri müəyyənləşdirib. 1:1 hesabı ilə başa çatan qarşılaşmada "Şağan" “ağ nöqtə”dən daha dəqiq olub (3:1). "Mərdəkan" isə "Qala"ya 6:2 hesabı ilə qalib gəlib.

Aprelin 21-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. "Maştağa və "Zabrat" oyununda hesab açılmayıb. 11 metrlik seriyada "Maştağa" 3:1 hesabı ilə güclü olub. ."Mehdiabad" və "Biləcəri" komandaları arasındakı oyun da (1:1) heç-heç ilə başa çatdığından qalib penalti zərbələrindən sonra müəyyənləşib. Lotoreyada “Biləcəri” 2:1 hesabı ilə uğur qazanıb.

"Sabunçu" "Pirşağı"ya 3:1, "Aşağı Güzdək" isə "Binəqədi" komandasına 6:4 hesabı ilə qalib gəlib.

Xəbər 75 dəfə oxundu.